Tovuzda qadın dəm qazından boğuldu

Tovuzda qadın dəm qazından boğuldu
SOSİAL
14:50 11.10.2026
179
Tovuzda qadın dəm qazından zəhərlənərək ölüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Şərafət Əmrahova yaşadığı evdə dəm qazından boğulub.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR