27 dəfə "hacı" olan keçmiş deputatın villası - FOTOLAR

27 dəfə "hacı" olan keçmiş deputatın villası -  FOTOLAR
SOSİAL
15:55 14.09.2016
11350
Tanınmış blogger Mehman Hüseynov növbəti dəfə hər kəsin diqqətini cəlb edib.
AZXEBER.COM xəbər verir ki, blogger bu dəfə eks-deputat Hacı Qalib Salahzadənin villasının fotolarını çəkib.
O şəkilə verdiyi şərhi belə tamamlayıb: "İndi bu eks deputat durub deyəcək ki "Kişin evi olar". Ona xatırlatmaq lazımdır ki, kişi evini başqalarının evini yıxaraq tikdirməz!"
Qeyd edək ki, Hacı Qalib mətbuata müsahibəsində 27 dəfə Həcc ziyarətində olduğunu demişdi
Mehman Hüseynov bundan öncə deputat Tahir Süleymanovun da villasını ləntə almışdı.
Qalib Salahzadənin villasının fotosunu təqdim edirik:
OXŞAR XƏBƏRLƏR