27 il öncə təsadüfi yazdığı SMS-lə sevgisini tapdı

DÜNYA
16:38 06.02.2025
134
1998-ci ildə bir qadın tərəfindən kişiyə yazılan SMS onların həyatını dəyişdirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o zaman 18 yaşı tamam olmuş Donovan ilk mobil telefonunu alıb.
 
O illərdə sosial şəbəkələr olmadığı üçün telefonlar yalnız zəng və mesajlaşma (SMS) üçün istifadə olunub.
 
Donovan bunu görüb başqa üsula əl atıb.
 
O, təsadüfi bir nömrə yaradın və Kisti adlı qıza "Salam" deyə mesaj göndərib.

Təxminən 100 mil məsafədə olan Kirstidən tez bir zamanda cavab gəlib.
 
"Salam, sən kimsən?”” deyə Kirsti cavab verib. Donovanın cavabı qısa olub: "Don". Bu sadə mesaj onları birləşdirən ilk addım olub.
 
Həmin vaxt mobil telefonlar şəkil göndərməyə imkan vermədiyi üçün Donovan və Kirsti mesaj göndərərək bir-birlərini tanımağa çalışıblar.
 
Onlar altı ay əlaqə saxlayıblar və nəhayət, şəxsən görüşmək qərarına gəliblər. Kirsti Koventridə yaşayan Donovanı görmək üçün qatarla gedib. Ailəsi bu fikrə ehtiyatla yanaşsa da, gənc qadın cəsarətli addım atıb.
  
Bu təsadüfi tanışlıq tezliklə böyük sevgiyə çevrilib. Cütlük 2002-ci ildə evlənib və hazırda doqquz yaşlı oğlu Stirlinq və altı yaşlı qızı Alora ilə xoşbəxt yaşayır.
 
Donovan həyat yoldaşı haqqında deyir: "O, inanılmaz dərəcədə ağıllıdır və biz bir-birimizi çox yaxşı tanıyırıq. O, mənim həyat yoldaşım və ən yaxşı dostumdur".
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR