27 yaşlı gənc bıçaqlanaraq öldürüldü

27 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Bütün Xəbərlər
10:16 18.04.2012
1039

Anspress xəbər verir ki, ötən gecə Binəqədi rayonu ərazisində ölüm hadisəsi baş verib. Məlumata görə, 27 yaşlı bir gəncin bıçaq xəsarəti nəticəsində ölümünə səbəb olan qanlı hadisə metronun "Dərnəgül" stansiyası yaxınlığında, sahibsiz boş sahədə qeydə alınıb. Həmin ərazidə paytaxt sakini 27 yaşlıQurbanov Emin Azad oğlusağ bud nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 1 saylı xəstəxanaya çatdırılıb. Bununla belə, güclü qan itirən yaralı yolda dünyasını dəyişib. Məlum olub ki, bıçaq zərbəsi zamanı Qurbanovun ayaqdan keçən arteriya damarları kəsilib.

OXŞAR XƏBƏRLƏR