27 yaşlı gənc koronavirusdan öldü

27 yaşlı gənc koronavirusdan öldü
DÜNYA
15:36 08.06.2020
1274
Türkiyənin Bursa şəhərində 27 yaşlı gənc koronavirusdan vəfat edib.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, evli və iki uşaq atası Muhammet Taha bir müddət öncə koronavirusa yoluxub.
 
Vəziyyətinin ağırlaşdığını görən gənci İstanbulda özəl xəstəxanaya yerləşdiriblər. Muhammet Taha sonuncu dəfə sosial media hesabında paylaşım edərək onun üçün dua edilməsini istəyib.
 
27 yaşlı Muhammet Taha dünən axşam saatlarında həyatını itirib.
 
Mələk Cabbar 
OXŞAR XƏBƏRLƏR