'28 Mall' ticarət mərkəzində bədbəxt hadisə: Mağazadan meyit tapıldı
Bütün Xəbərlər
10:37 08.10.2012
8065
Bakının Nəsimi rayonu ərazisində yeni istifadəyə verilmiş ticarət mərkəzində ölüm olub.Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, oktyabrın 7-də “Azadlıq” prospekti ilə Füzuli küçəsinin kəsişməsindəki “28 Mall” ticarət mərkəzində yerləşən Gapp mağazasında Mübariz Quliyevin meyiti tapılıb. Meyitin əlləri yanmış vəziyyətdə olub. Onu elektrik cərəyanının vurması ehtimal olunur.