Ötən axşam 19:00 radələrində “28 Mall” ticarət mərkəzində həyəcanlı anlar yaşanıb.
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə “28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub. Kino zalında olan hər kəs zaldan çıxarılıb.
Maraqlısı budur ki, həyəcan siqnalı yalnız kino zalına aid edilib. Çünki digər mərtəbələrdə olan maqazinlər işləyir, ticarət mərkəzinə girib-çıxanlara da heç bir məhdudiyyət qoyulmurdu.
Məsələ ilə bağlı Ticarət Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, binada heç bir yanğın baş verməyib. Belə ki, həmin saatlarda “28 Mall”-un işçiləri üçün yanğın təlimi keçirilib. Təlim zamanı həyəcan siqnalı verilib və müştərilər də çölə çıxarılıb.
Xatırladaq ki, bir müddət bundan öncə daha bir yanğın təlimi keçirilmişdi.