'28 May' metro stansiyasının çıxışı bağlanır

Bütün Xəbərlər
15:44 10.06.2013
1789

Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.

Bakı Metropolitenindən verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

«Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə nəqliyyat müəssisəsinin rəsmi xəbərində bildirilir.//apa

OXŞAR XƏBƏRLƏR