“28 May” metrostansiyasının giriş və çıxışının açılış vaxtı bəlli oldu - Dəqiq tarix

“28 May” metrostansiyasının giriş və çıxışının açılış vaxtı bəlli oldu - Dəqiq tarix
Bütün Xəbərlər
14:00 27.03.2014
1588
Stansiyanın bağlanması sərnişindaşımanın həcminin ayda 10 min nəfər azalmasına gətirib çıxardı.
Bakıda “28 May” metrostansiyasının əsas giriş və çıxışının əsaslı təmiri başa çatmaq üzrədir.
AZXEBER.COM Oxu.Az-a istinadən bildirir ki, “Bakı metropoliteni” QSC bəyan edib ki, stansiyada təmir işləri demək olar ki, bitib və “28 May” metrostansiyasının əsas giriş və çıxışı may ayında istismara veriləcək.
“28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb.
İdarənin proqnozlarına görə stansiyanın bağlanılması sərnişindaşımanın həcminin ayda 10 min nəfərə qədər azalmasına gətirib çıxarıb.
OXŞAR XƏBƏRLƏR