28 may metrosunda faciə: Oğlan qıza görə özünü qatarın altına atdı, öldü

28 may metrosunda faciə: Oğlan qıza görə özünü qatarın altına atdı, öldü
Bütün Xəbərlər
13:13 05.09.2015
21686
"Bakı Metropliteni" QSC-nin "28 May" stansiyasındakı sərnişinlər təxliyyə edilir. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna sərnişinlərdən birinin özünü relsin üstünə atması səbəb olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Metrpolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında məsələni təsdiq edib və bildirib ki, həmin sərnişin ölüb. Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir, hələlik hadisənin detalları məlum deyil.
ATV.az saytının məlumatına görə, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb. Oğlan 18-20 yaş arasında olub.
OXŞAR XƏBƏRLƏR