"28 May" stansiyasından istifadə edənlərə xoş xəbər
Bütün Xəbərlər
20:14 08.11.2011
2354
"Vəsaitdən asılı olaraq gələcəkdə "28 May" stansiyasında eskalator zolaqlarının sayı 4-ə çatdırılacaq". Perspektivdə Bakı Metropoliteninin «28 May» stansiyasında eskalatorların sayı artırılacaq.«APA-ECONOMICS»in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.Onun sözlərinə görə, hazırda metronun «Məşədi Əzizbəyov» stansiyası yenidən qurulur: «Ümumiyyətlə, metropolitendə tikinti və yenidənqurma işlər dayanmadan davam etdirilir. Vəsaitdən asılı olaraq gələcəkdə «28 May» stansiyasında eskalator zolaqlarının sayı 4-ə çatdırılacaq ki, hazırda bu istiqamətdə Almaniyanın «Tisson» şirkəti ilə danışıqlar aparılır. Ümumiyyətlə gələcəkdə ola bilsin ki, «28 may», «Sahil» və digər stansiyalarda yenidənqurma işləri aparılsın».T.Əhmədov onu da bildirib ki, 2006-cı ildən Bakı Metropoliteninə yatırılan investisiya hesabına «Nəsimi» (2008-ci ildə), «Azadlıq prospekti» (2009-cu ildə), «Dərnəgül» (2011-ci ildə) yeni stansiyaları istifadəyə verilib, eyni zamanda 2009-cu ildə «28 May» və «Cəfər Cabbarlı» stansiyalarının ikinci çıxışı açılıb və «İçərişəhər» stansiyasının yenidənqurulması həyata keçirilib.