“28 May”da avtobusun qadını vurduğu hadisənin - VİDEOSU

“28 May”da avtobusun qadını vurduğu hadisənin - VİDEOSU
SOSİAL
15:35 17.09.2025
307
Sentyabrın 16-da saat 17 radələrində metronun "28 May” stansiyasının qarşısındakı nəqliyyatı mübadilə mərkəzində bədbəxt hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, "Bakubus” MMC-yə məxsus avtobus ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa qəfil çıxan qadını vurub.

Xəsarət alan qadın xəstəxanaya aparılıb. Məlum olub ki, xəsarət alan şəxs 1976-cı il təvəllüdlü Ləman Qarayevadır.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR