“28 May”ın əsas girişi nə zaman açılacaq?

“28 May”ın əsas girişi nə zaman açılacaq?
Bütün Xəbərlər
14:57 25.06.2014
838
“28 May” stansiyasının əsas girişinin nə vaxt açılacağı dəqiq bilinmir.
AZXEBER.COM xəbər verir ki, bunu anspress-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hazırda “28 May” stansiyasının əsas girişində təmir işləri davam edir.
“Lakin işlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt deyə bilmərəm” deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mart ayında bəyan etmişdi ki, “28 May” stansiyasında təmir işləri demək olar ki, bitib və metrostansiyasının əsas girişi may ayında istismara veriləcək.
“28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb.
OXŞAR XƏBƏRLƏR