284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? - VİDEO

284 saylı məktəbdə birinci sinfə qəbul ləğv olunub? - VİDEO
SOSİAL
23:49 10.06.2026
179
Müsahibədən keçən şagirdlər birinci sinifə qəbul ola bilməyiblər.

AZXEBER.COM xəbər verir ki, "Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən valideynlər iddia edirlər ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli tam orta məktəbdə oxumaq üçün müsahibədən uğurla keçən 21 şagirdin qəbulu sonradan dayandırılıb.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, birinci siniflərə qəbul elektron sistem vasitəsilə aparılır və mayın 6-dan bu günədək təxminən 106 min uşaq üçün qəbul uğurla tamamlanıb.sinif komplektlərinin formalaşdırılması qəbul prosesi tam başa çatdıqdan sonra həyata keçiriləcək. müsahibədən keçən şagirdlər üçün iyunun 17-dən etibarən məktəb və müəllim seçimi mərhələsi başlayacaq.

Qəbul prosesi sentyabr ayınadək davam edəcək və bu müddət ərzində müxtəlif mərhələlər üzrə seçim və qeydiyyat aparılacaq.

OXŞAR XƏBƏRLƏR