3 avtomobil toqquşdu, bir sürücü öldü

3 avtomobil toqquşdu, bir sürücü öldü
Bütün Xəbərlər
09:31 05.04.2012
1002
Ötən gecə Bakının Binəqədi rayonunda bir sürücünün ölümü, digər sürücünün isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Üç avtomobilin toqquşması ilə meydana gələn hadisə Xocasən qəsəbəsi, Lökbatan-Xocasən yolunda baş verib.Məlumata görə, 50 yaşlı Dadaşov Səraslan Məsi oğlunun idarə etdiyi “Mercedes”lə 60 yaşlı Sucayev Azad Qulam oğlunun sürdüyü “Hyundai” qarşı-qarşıya hərəkət vaxtı toqquşub. Bundan sonra Hacıyev Mahir Məmməd oğlunun idarə etdiyi “VAZ -2106” markalı avtomobil qəzaya uğramış maşınlara çırpılıb.Qeyd edək ki, hadisə yerinə rayon polis idarəsinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Əzilmiş avtomobillərin sükanı arxasında sıxılıb qalmış sürücülər xilasedicilər tərəfindən çıxarılıb. Məlumata görə, onlardan ilk iki avtomaşının sürücülərinin vəziyyəti daha ağır olub.
OXŞAR XƏBƏRLƏR