İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrılıb. AZXEBER.COM xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, cəmi iki ay yarım öncə təyin olunan Mehdi Cavadovun belə bir addım atması diqqət tələb edən hadisədir.