ATV-nin efirində qorxudan danışıldı.
AZXEBER.COM xəbər verir ki, ATV-nin efirində yayımlanan "3-cü göz" verilişi bu dəfə qorxu mövzusunu çözməyə çalışıb.
Verilişin qonağı olan Aşıq Ulduz, əzizlərindən ayrılmağın ölümdən də qorxulu olduğunu deyib. İlahiyyatçı Haçı Şahin, Allah qorxusunun əslində Rəbbimizin bəndəyə olan sevgisinin itməsi ,nəzərdən düşməsinin mahiyyətini açıqlayıb. 2 il Qarabağ döyüşlərində snayper olmuş Növrəstə xanım ölüm və qan qoxulu müharibədə zərrə qədər qorxmasa da, avtomibilinin qarşısına qəfil çıxan insandan qorxub şəkər xəstəliyinə necə düçar olmasını "3 -cü göz"lə bölüşüb. Kardioloq qorxudan ürəkdə yaranan problemlərdən, endakrinoloq isə qorxu anında bədənin hormonal balansının pozulmasından söz açıb. Psixoterapevt Əli doktorun aparıcısı olduğu verilişdə bütün qorxulardan qurtulma yolarının sirlərini biləcəksiz.















































