Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib.
UFAZ-ın "Kompüter elmləri” ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib.
Məlumata görə, o, burun əməliyyatı zamanı həyatını itirib.
Qeyd edək ki, 2024-cü ildə Bakı Türk Liseyindən məzun olan Fidanın atası Kamil Abbasov həmin təhsil müəssisəsində kimya müəllimidir.
///Qafqazinfo









































