3 əsgərin ölümünə görə 19 hərbçi cəzalandırıldı

3 əsgərin ölümünə görə 19 hərbçi cəzalandırıldı
Bütün Xəbərlər
17:03 10.11.2011
1724

Dörd hərbçinin rütbəsi aşağı salınıb, dörd hərbçi isə vəzifəsindən azad edilib

Azərbaycan ordusunda 3 əsgərin xəstəlikdən ölməsi faktı ilə əlaqədar Müdafiə Nazirliyi ciddi tədbirlər həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-nın sorğusuna cavabında bildirib ki, hər hansı hadisə baş verdikdə müdafiə nazirinin göstərişinə əsasən, dərhal araşdırma başlayır, araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görülür, təqsirkar şəxslər intizam məsuliyyətinə cəlb olunurlar: “Günahkar şəxslərin hərəkətlərində cinayət xarakterli əməllərin olmasını isə Hərbi Prokurorluq araşdırır. Üç əsgərin xəstəlikdən vəfat etməsi məsələsinə gəldikdə, bununla da bağlı olaraq müdafiə nazirinin müvafiq əmri olub. Həmin əmrə əsasən, ali rütbəli vəzifəli şəxslərdən tutmuş kiçik rütbəli zabitlərə qədər 19 hərbi qulluqçu cəzalandırılıb. Onlardan 3-nə töhmət, 2-nə şiddətli töhmət verilib. 6 nəfərə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq elan edilib. 4 nəfərin rütbəsi bir pilə aşağı salınıb, daha 4 nəfər isə tutduğu vəzifədən azad edilib. Bir daha belə halların təkrarlanmaması üçün əmrdə xüsusi müddəalar da yer alıb”.

Qeyd edək ki, Milli Ordunun əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimov xəstəlikdən dünyasını dəyişiblər. Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib