3 ildir ki, xalqa xidmət edən: Xalq.az

3 ildir ki, xalqa xidmət edən: Xalq.az
MEDIA
16:55 01.06.2016
1818

XALQ.AZ İnformasiya Agentliyi yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

Bu barədə saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 3 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. “XALQ.AZsaytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZsaytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq üç ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR