3 qapılı avtobuslar yığışdırılır - EKSKLÜZİV

3 qapılı avtobuslar yığışdırılır - EKSKLÜZİV
Bütün Xəbərlər
15:31 04.05.2015
1567
Bakıda sərnişinnəqliyyatda böyük dəyişikliklər edilir.Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, paytaxtda xidmət göstərən iritutumlu avtobuslar yığışdırılır.Onun sözlərinə görə, 3 qapılı “Daewoo” markalı avtobuslar yavaş-yavaş paytaxtdan yığışdırılacaq. Onların əvəzinə 2 qapılı orta və iritutumlu avtobuslar gətiriləcək.Qurum rəisi bildirib ki, avtobuslar texniki qüsurlarına görə xidmətdən yığışdırılacaq: “3 qapılı “Daewoo”ların tarazlıq yastığı tez sıradan çıxır. Bu səbəbdən də, həmişə həmin avtobuslarının yan böyrü üstə əyildiyini görürdük. Onların qəzaya düşməsi ehtimalı çox olduğu üçün xətdən yığışdırılacaq”, - deyə Vüqar İbrahimli bildirib.
OXŞAR XƏBƏRLƏR