Xızı rayonu Şurabad kəndində 49 yaşlı özünü asıb. Xızı Rayon Prokurorluğunun müstəntiqi Eldəniz İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini, 1963-cü il təvəllüdlü Azər Həsənəli oğlu Səfərov özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. Onun 2 oğlu, 1 qızı var. Yaxınlarının polisə verdiyi məlumata görə, Azər Səfərov spirtli içki aludəçisi olub. Hazırda meyid müayinə üçün tibbi ekspertizaya verilib. Ekspertizanın nəticələrindən və digər araşdırmalardan sonra Azər Səfərovun özünə qəsd etməsinin səbəbləri müəyyən olacaq.