3 uşaq ilə Bakıda gözətçi otağında yaşayan ana övladlarının "çörək pulu"nu ala bilmir - ŞİKAYƏT

3 uşaq ilə Bakıda gözətçi otağında yaşayan ana övladlarının "çörək pulu"nu ala bilmir - ŞİKAYƏT
SOSİAL
11:32 14.06.2017
5984
Füzuli rayonundan məcburi köçkün olan Məmmədova Elnaz Arif qızı "çörək pulu" ala bilmir.
 
AZXEBER.COM-un məlumatına görə, şikayətçi hazırda Bakıda 3 övladı ilə birlikdə gözətçi otağında yaşayır. O deyir ki, cəmi 36 manat "çörək pulu" alır. Ancaq 3 övladına pul verilmir. 
 
Şikayətçi deyir ki, Füzuli rayon icra hakimiyyətindən uşaqlarının "çörək pulu" almasıyla bağlı sənəd alıb. Ancaq bu sənədə məhəl qoyan yoxdur.
 
Elnaz xanımın dediyinə görə, işıq idarəsindən ona bildirilib ki, uşaqlar valideynin qeydiyyatından çıxıb. 
 
Şikayətçinin çıxışını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR