3 yaşlı uşağı maşın vuraraq öldürdü

3 yaşlı uşağı maşın vuraraq öldürdü
Bütün Xəbərlər
12:01 25.05.2012
1374

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə ötən gecə saat 22:00 radələrində yolun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Ağsu sakini, 1960-cı il təvəllüdlü Miriyev Eyvaz Balaxan oğlu idarə etdiyi 90-XD-258 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə yolu keçən azyaşlı uşağı - 2009-cu il təvəllüdlü Xırdalan şəhər sakini İsgəndərov Amil Ramil oğlunu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR