Zərdab rayonunda faciəvi hadisə baş verib. AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.