3 yaşlı uşaq televizorun altında qalaraq öldü - VİDEO

3 yaşlı uşaq televizorun altında qalaraq öldü - VİDEO
Bütün Xəbərlər
00:17 22.01.2013
1782
Binəqədi rayonunda Həsənovlar ailəsində bədbəxt hadisə 3 yaşlı uşağın ölümü ilə nəticələnib. Ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonu, Baksol 56 ünvanında 3 yaşlı Həsənov Əli Elbrus oğlu ehtiyatsızlıqdan dünyasını dəyişib. Qonşuların bildirdiyinə görə, uşaq evdə oynayarkən televizor uşağın üstünə aşıb. Qonşuların köməyi ilə Həsənov Əli Elbrus oğlu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həsənovlar ailəsi uşağın yas mərasimini babasıgildə keçirdikləri üçün təfərrüatları qonşulardan öyrəndik.Ruqiyyə Həsənova adlı qonşu da, evdə oynayarkən televizorun uşağın üstünə aşdığını təsdiqlədi.Qeyd edək ki, Həsənovlar ailəsi Ağdam rayonundan məcburi köçkün düşüblər. 2008-ci ildən Binəqədi rayonu, Baksol 56 ünvanında yerləşən idarə binasında məskunlaşıblar.Xatırladaq ki, oxşar hadisə 2012-ci ilin mart ayında Xətai rayon ərazisində baş vermişdi. Nəticədə 2 yaşlı qızcığaz həyatını itirmişdi.
OXŞAR XƏBƏRLƏR