30 Aprel günü Binəqədidə Gül Bayramı olacaq

30 Aprel günü Binəqədidə Gül Bayramı olacaq
Bütün Xəbərlər
13:53 27.04.2012
2853

30 aprel Bakının Binəqədi rayonunda "Azadlıq" parkında Gül Bayramı keçiriləcək.

Bu haqda AZXEBER.COM-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, rayonda yerləşən bütün məktəblərə Gül bayramında aktiv iştirak etmək tapşırılıb. Gül Bayramı 30 aprel saat 09.00-dan 12.00-a qədər davam edəcək. Artıq 4 ildir ki, Binəqədi rayonunda Gül Bayramı 30 aprel günü keçirilir.  

Xatırladaq ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında qətliam baş vermiş, nəticədə 12 nəfər ölmüş, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

OXŞAR XƏBƏRLƏR