30 aprel - Qanlı dərs günü… (KÖŞƏ)

KÖŞƏ
09:20 30.04.2011
2462

Düzdür... sən məni tək qoymazdın lakin o, namərd ayırdı bizi. Sən cavan köçməyəcəkdin bu dünyadan. Məni sənsiz qoyub hara getdin axı?! Sənə güllə atan əllər daşa dönəydi oğul. Allahım əvvəl atasını, sonra da özünü aldın əlimdən. Axı mən kimə nə etmişdim, günahım nə idi ki, mənim gözümün ağı-qarası bircə oğlumu da əlimdən aldın.” deyərək 30 aprel hadisəsində həlak olmuş bir gəncin anası ağlayırdı.

Bəli, o dəhşətli gün hamımızın ürəyinə od vurdu.Neçə-neçə ailə öz övladını son mənzilə yola saldı. Heç bir valideyin düşünmürdü ki, səhər dərsə göndərdiyi övladının üzünü sonuncu dəfə görür. Nə qədər gəncin təhsili yarımçıq, arzuları qəlbində qaldı.Yenicə qönçələnən bir gül kimi solub getdilər. O dəhşətli gün bütün Azərbaycan xaqlının yaddaşına silinməz bir iz saldı.Təhsil almaq xəyalı ilə dərsə gələn tələbələr nə biləydilər ki, 30 aprel keçəcəklər dərs qanla əvəz olacaq . . Tələbələrin günahı nə idi?! Axı tələbələri öldürmək, onlardan qisas almaq, anaları gözyaşlı qoymaq hansı məntiqə sığır axı...?

Sahil NAĞIZADƏ 

OXŞAR XƏBƏRLƏR