30 dərəcə şaxta proqnozlaşdırılır

30 dərəcə şaxta proqnozlaşdırılır
Bütün Xəbərlər
18:34 08.02.2012
3197
Avropanın əksər ölkələrində anomal soyuqlar davam edir. Şaxtadan ölənlərin sayı 400-ü keçib. Fransada 96 departamentdən 55-də şaxtalarla əlaqədar "narıncı xəbərdarlıq" elan edilib. Donvurmadan isə 6 nəfər ölüb. Fransada son dəfə belə soyuqlar 1985-ci ildə qeydə alındığı bildirilir. İtaliyanın Siciliya adası da daxil olmaqla, əksər ərazilərdə güclü qar yağması bu rayonlara qaz təchizatını çətinləşdirib. Ölkədə ən aşağı temperatur -25 dərəcə olub. Soyuqdan ölənlərin sayı isə 36 nəfərə çatıb. Bolonya şəhərində hava limanları ümumiyyətlə bağlanıb, Genuya və Siciliya arasındakı yollarda isə nəhəng tıxaclar yaranıb. Sonuncu dəfə İtaliyada belə soyuqlar 1956-cı ildə qeydə alınıb. Ən gərgin vəziyyət isə Ukraynadadır. Burada azı 136 nəfər soyuqdan ölüb. Ölkədə temperaturun həftənin sonlarınadək -30 dərəcəyə düşəcəyi proqnozlaşdırılıb. Evsiz insanlar üçün xüsusi isidiciləri olan çadırlar qurulub. Belarusda isə 2 nəfər şaxtalı havanın qurbanı olub. Bosniyada da analoji vəziyyət hökm sürür. Paytaxt Sarayevoda fövqəladə vəziyyət elan edilib. Bəzi bölgələrdə qarın hündürlüyü 1 metrə çatıb. Bir çox bölgələrdə isə enerji qıtlığı yaranıb. Hava limanları isə uçuşları təxirə salmağa davam edir.
OXŞAR XƏBƏRLƏR