Nazirlik məlumat yaydı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il iş üçün müraciət edən 47 755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29 440 nəfəri münasib işlərlə təmin edilib.
AZXEBER.COM-a bu barədə nazirlikdən məlumat verilib.
Xatırladaq ki, nazirliyin hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6 faiz artaraq 1605 nəfər təşkil edib.
Nazirliyin məlumatında qeyd olunur ki, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4280 nəfər olub.