30 müsəlman birləşərək Şaxta babanı öldürdü

MARAQLI
11:57 03.01.2012
2293
Tacikistanda Şaxta baba geyimində olan gənc qətlə yetirilib. Yaxınlarını təbrik etmək üçün Şaxta baba kimi geyinən Düşənbə sakini Pərviz Dövlətbəyov fanatik dindarlar tərəfindən bıçaqlanıb. Yerli KİV-in hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, gənc çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. 30-a yaxın adam evinin qarşısında gəncə hücum edərək, onu “Kafir” adlandırıblar. Tacikistanın Daxili İşlər Nazirliyi isə hadisəni adi məişət cinayəti hesab edir. Qeyd edək ki, ötən il dekabrın 30-da Tacikistanın müftisi müsəlmanları xristianların bayramı olan Yeni ili qeyd etməməyə çağırıb. Onun fikrincə məsəlmanlar öz adətlərinə sadiq olmalıdırlar: “Yeni il yolkasının bəzənməsi, oyunlar, rəqslər bizim mədəniyyətimizin bir hissəsi deyil. Yeni ilin bayram edilməsi tək İslam qanunlarına yox, həm də taciklərin adətlərinə ziddir”.
OXŞAR XƏBƏRLƏR