30 yaşdan sonra ərə getməyin ÇƏTİNLİKLƏRİ

30 yaşdan sonra ərə getməyin  ÇƏTİNLİKLƏRİ
Bütün Xəbərlər
12:42 15.04.2013
4087
1. Ətrafdakıların pisləməsiƏrə getməyə 30 yaşından sonra hazırlaşırsınız və ya hələ ikinci yarınızı axtarırsınız? Hər iki halda da ətrafdakıların sizi pisləməsi ilə qarşılaşırsınız: "Nə vaxt ərə gedəcəksən?", "Sənə yazığım gəlir, bir adam tapa bilmədin?", "Vaxtını itirmə, yaşıdların iki uşaq anasıdır", "Ondan ayrıl, yenisini axtar". Bu niyə baş verir? İlk növbədə bu, keçmiş ənənələrin güclü təsirindən irəli gəlir. Digər tərəfdən, ətrafdakılar sizi pisləməklə və tənqid etməklə özləri öz gözlərində ucalmağa çalışırlar. Həm də həmsöhbətləriniz ünsiyyət qura bilmirlər, söhbəti nədən başlayacaqlarını anlamırlar, ştamplarla danışırlar.Çıxış yolu: Başa düşün ki, problem sizdə yox, onlardadır. Onların tənqidinə fikir vermədən belə cavab verin: «Narahat olma, məndə hər şey plan üzrədir» və s.2.Keçmişin kabusuƏks cinsin nümayəndələri ilə uğursuz münasibət təcrübəsi özünü göstərəcək. Əgər keçmiş sevgililəriniz sizə xəyanət edibsə, yeni münasibətdə siz qarşı tərəfdən eyni addımı gözləyəcəksiniz. Çıxış yolu: keçmişin kabusundan azad olmaq üçün zaman lazımdır. Zamanı qısaltmaq üçünsə mütəxəssislərə müraciət edin. Onlar kişi-qadın münasibətlərinə qarşı sizdə pozitiv sxem formalaşdıracaqlar.3. Ünsiyyət çevrəniz azalacaqZamanla çevrəniz azalır. Əvvəllər diskoteka və klublara getməyi xoşlayırdınızsa, ad gününüzdə bütün fakültənin uşaqlarını evinizə yığırdınızsa, zamanla vaxtınızı sizə ən dəyərli olan insanlarla keçirməyə üstünlük verirsiniz. Ona görə də çevrəniz arasından arzularınızın kişisini tapmaq şansınız azalır.Çıxış yolu: Subay kişi tapmaq üçün heç də gecələri diskotekada keçirməyə ehtiyac yoxdur. Sizi sevindirən işlərlə məşğul olun: yeni şəhər və ölkələrə səfər edin, turistlərlə ünsiyyət qurun, dostlarınızı ad günü şənliklərindən imtina etməyin, parka, restorana, sərgilərə gedin.4.Yaş artdıqca dünyaya uşaq gətirmək çətinləşirTəbiətlə mübahisə etmək olmaz, zaman keçdikcə insan orqanizmi qocalır.Çıxış yolu: Ərə gedən kimi uşaq barədə düşünün. Sağlamlığınıza diqqət yetirin, həkimin dediklərini ciddiyə alın. Hamiləlik dövründə pozitiv şeylər barədə düşünün, stress, həyəcandan uzaq olun.
OXŞAR XƏBƏRLƏR