Daşkəsəndə 30 yaşlı qadın balta xəsarətləri alıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.
Əfsanə Cəfərovaya balta ilə xəsarət yetirməkdə 40 yaşlı qardaşı İnqilab Məmmədov şübhəli bilinir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.
Xəstəxanaya çatdırılan qadının vəziyyəti kafidir.