Tatlısəs yeni il gecəsində səhnəyə çıxaraq pərəstişkarlarını sevindirəcək. Romatem Darüşşafak Fiziki Müalicə və Reabilitasiya Mərkəzində təxminən iki aydır müalicə alan İbrahim Tatlısəsin ən böyük istəyi səhnəyə çıxmaqdır.
Xəstəxanada musiqi məşqlərini edən sənətçi yeni il gecəsi səhnəyə çıxmaq üçün ciddi şəkildə çalışır. “Hazır olun, yeni ildə səhnəyə çıxacağıq” söyləyən Tatlısəs pərəstişkarlarına mesaj göndərib.
Sənətçi gələn ay yenidən müalicə üçün Almaniyaya gedəcək. Orada qarın boşluğunda saxlanılan kəllə sümükləri yerinə qoyulduqdan sonra sənətçi vətəninə qayıdacaq. Tatlısəs bildirib ki, Türkiyəyə qayıdar-qayıtmaz səhnə işlərinə başlayacaq.