Nəzarətə alınanlardan biri daha əvvəl də İ. Tatlısəslə problemi olan Abdullah Uçmaqdır. Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunmuşdu.
Hadisədə istifadə edilən uzun lüləli silahın da ələ keçərildiyi bildirilir. Bununla bərabər polisin əməliyyatı davam etdirdiyi və daha 20 nəfərin də axtarışda olduğu bildirilir.
Abdullah Uçmağın 20 gün əvvəl həbsxanadan çıxdığı və daha əvvəl də cəzası bitdiyində İbrahim Tatlısəsi öldürəcəyi təhdidi etdiyi qeyd olunur. Onun daha əvvəl Tatlısəsdən xərac istədiyi və bu səbəblə aralarında başlayan qarşıdurmanın nəticəsndə müğənninin Uçmağın adamlarından birini vurdurduğu və qarşı tərəfin barışmaq üçün 25 min lirə qan pulu istədiyi iddia edilir.