İbrahim Tatlısəsin öldürülməsini kimlər sifariş edib?- YENİIƏNİB – VİDEO

Bütün Xəbərlər
11:56 14.03.2011
2090

Məşhur müğənniin beyininin xəsarət aldığını bildirən həkimlər onun hadisə zamanı iflic keçirdiyini deyiblər: “Bura gətiriləndə sol tərəfi bütövlükdə iflic idi. Yaralanma ilə əlaqədar beynində ciddi xəsarət var. Açıq beyin yarası mövcuddur. Lazımi yardımı göstərdik. Hansısa xəsarətin qalıb-qalmayacaını bilmək üçün bir qədər gözləmək lazımdır”.

AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İbrahim Tatlısəsin Şimali İraqdakı ortaqları da açıqlama verib. İbrahim Tatlısəsin sənət yoldaşı İzzət Yıldızhan Tatlısəsin son zamalar Şimalı İraqda həyata keçirdiyi inşaatda ortaqları ilə problemi ortaya çıxdığını deyib. O, ortaqları ilə aralarında olan problemi həll etmək üçün Şimali İraqa getməyə hazırlaşırdı. Şimali İraqın Ərbil şəhərində sənətçinin iş ortaqlarından biri olan Düzgün Bəyaz məsələylə bağlı DHA agentliyinə açiqlama verib. Onun sözlərinə görə, həqiqətən də Ərbildə işlə bağlı müəyyən problemlər olub. Lakin bu, o, qədər də ciddi problem deyildi. Hadisənin sənətçinin kürd ortaqları tərəfindən törədilməsi iddialarına gəlincə isə, Düzgün Bəyaz deyib ki, burada kiçik bir problem var idi. “Bu problemə görə də İbrahim Tatlısəsin ölümünə sifarış verilməsinə inanmıram”.

Xatırladaq ki, hadisə Türkiyə saatı ilə 03.30-da baş verib. “Beyaz Şou” verilişindən çıxan “İbo”nun qarşısını 3 naməlum avtomobil kəsib. Müğənniyə hücum edənlərin sayı isə 5 nəfər olub. Onlar tüfəngdən atəş açıblar və güllələrdən biri onun başına dəyib . Sənətçinin meneceri isə çiynindən yaralanıb.

AZXEBER .COM portalı müğənnin sonuncu çıxışını təqdim edir...

OXŞAR XƏBƏRLƏR