Deyə biləcəyin iki kəlmənin
Biri ürəyimi qorxuya salıb .
***
“Hə” desən , göylərə qaldıracaqsan ,
“Yox” sözün daşlara çırpacaq məni .
“Hə” desən, bir ocaq yandıracaqsan ,
“Yox”un əqrəb olub çalacaq məni .
***
“Hə” desən , elə de , qulağım doysun ,
Qəlbim dolub-daşsın məhəbbətindən .
“Yox” desən , elə de , kökündən vursun ,
Yaşaya bilmərəm bu ağrıda mən .
***
Qulağım əsirdir iki kəlməyə--
Hakimin bu qədər hökmü olmayıb !
Qorxuram , qəlbinə insaf gəlməyə ,
Daha gözləməyə gücüm qalmayıb .
***
Ya “hə” de ,sevindir intizarımı ,
Bütün ağrıları atım , unudum .
Ya “yox” de—
Geyinim qəm paltarımı ,
Oturub qəlbimin yasını tutum .
Sədaqət Əhmədova