Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şahağacı kəndi ərazisində kənd sakini Xanoğlan Hümmətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerliləri Şəhriyar Mirzəyevi və Səhrab Quliyevi yaralayıb. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hümmətov tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb.