İlham Əliyev “M-Line” MMC-nin mebel fabrikinin açılışında iştirak edib

İlham Əliyev “M-Line” MMC-nin mebel fabrikinin açılışında iştirak edib
Bütün Xəbərlər
11:35 21.02.2011
3458

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak edib. 

Fabrik dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub. Müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün mebellər istehsal ediləcək.

Dövlət başçısı müəssisədə istehsal olunan hazır mebel dəstlərinə baxıb. Sonda Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basıb.

 

OXŞAR XƏBƏRLƏR