İlham Əliyev cinayət baş vermiş hərbi birləşmənin komandirini vəzifəsindən azad edib

Bütün Xəbərlər
18:35 22.02.2011
1784

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə fevralın 20-də Azərbaycan Silahlı Qüvvələrinin insident baş vermiş hərbi birləşməsinin komandiri Çingiz Şəfiyev vəzifəsindən azad olunub. Onun hərbi rütbəsi bir pillə aşağı endirilib.

Ç. Şəfiyevin yerinə hərbi birləşmənin komandiri vəzifəsinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.

Qeyd edək ki, fevralın 20-də Şəmkir korpusuna daxil olan “N” saylı hərbi hissədə 7 hərbçinin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırmaq üçün zəruri, təxirəsalınmaz istintaq həyata keçirilir.

 

OXŞAR XƏBƏRLƏR