İlham Əliyev "Jurnalistlərin dostu" seçildi

Bütün Xəbərlər
20:21 22.12.2010
1578

 

Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi «Jurnalistlərin dostu» mükafatına ən layiqli namizəd hesab ediblər. Sorğunun nəticələrinə görə, «Azercell Telekom» MMC-nin prezidenti Ali Ağan 6 faiz səslə ikinci, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar. Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.

Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.

«RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır.

1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub

OXŞAR XƏBƏRLƏR