Azərbaycan prezidenti İlham Əliyev Küveyt dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha başsağlığı verib. "Əlahəzrət, qardaşınız Şeyx Xalid Əl-Əhməd Əl-Cabir Əl-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!", - deyə dövlət başçısının məktubunda bildirilib.