İlham Əliyev Norveç Kralına məktub ünvanlayıb

İlham Əliyev Norveç Kralına məktub ünvanlayıb
Bütün Xəbərlər
18:56 16.05.2011
1180

Azərbaycan prezidenti İlham Əliyev Norveç Kralı əlahəzrət V Haraldı ölkəsinin milli bayramı münasibətilə təbrik edib. "Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan-Norveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcək", - deyə prezidentin təbrik məktubunda bildirilir.

 

OXŞAR XƏBƏRLƏR