Prezident İlham Əliyev Müstəqillik günü münasibəti ilə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi təbrik edib. "Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcək. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib.