İlham Əliyev Pakistan prezidentinə məktub göndərib

Bütün Xəbərlər
13:14 22.03.2011
1633

Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı münasibətilə prezident Asif Əli Zərdariyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ölkənizin milli bayramı – Pakistan günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Bu əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına sülh və rifah diləyirəm”.

 

OXŞAR XƏBƏRLƏR