İmişli rayonunda bədbəxt hadisə baş verib. Daxili işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirili kəndi ərazisində, kənd sakinləri 13 yaşlı Rufulla Qasımov və qardaşı 12 yaşlı Məcid balıq ovundan qayıdarkən əllərindəki qarmaq 10 kilovatlıq elektrik naqilinə toxunub.
Nəticədə Rufulla hadisə yerindəcə ölüb. Məcid isə yanıq xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır.
//lent.az