Bu layihə məktəblərdə təlimçilik etmək, şagirdlərə müxtəlif mövzularda təlimlər keçmək istəyən gənclər (tələbələr) üçün təşkil olunub. “Gənc Təlimçilər qrupu” layihəsində iştirak etməklə gənclər həm bildiklərini daha mükəmmələşdirəcək, həm təlimçilik-öyrətmə qabiliyyətlərini təmilləşdirərəcək və həmçinin də özlərinə inam qazanmış olacaqlar. Göstərilən mövzularda təlimlər qəbul olunur:
• Şəxsi inkişaf istiqamətli təlimlər (liderlik, time-management, ünsiyyət, komanda qurma, şəbəkələşmə və s.)
• İngilis və rus dillərində danışıq dərsləri
• Müxtəlif fənlər üzrə təlimlər
İştirakçılar 3 mərhələ əsasında seçiləcək. I mərhələdə layihədə iştirak etmək istəyənlər CV və “motivation letter” yazmalı, II mərhələyə keçənlərlə intervyu ediləcək. III mərhələdə isə seçilənlərə “Təlimçilər üçün Təlim” təlim-məşqi keçiriləcək. Uğurla mərhələlərdən keçən 6 gənc layihədə iştirak hüquqi qazanacaq. Layihə 3 ay davam edəcək və təlimçilərə sertifikat veriləcək. Uğurlu və başarılı olan təlimçilər layihə tamamlandıqdan sonra şirkətdə təlimçi vəzifəsində çalışa bilərlər. Təlimçilər təlimin mövzusunu və materiallarını şirkətin mütəxəssisləri ilə birlikdə hazırlayacaqlar.
Vakansiyaya olan tələblər:
• Məktəblilərlə işləmək həvəsi• Səlis nitq
• Özünə güvənən
• Təlimçilik sahəsində təcrübənin olması daha bəyəniləndir
• Fikrini sərbəst ifadə edə bilən
• Təlimçiliyə həvəsi və marağı olan şəxs
• Könüllü olaraq təlimçilik sahəsində praktika keçmək istəyən
Müraciət etmək istəyənlər CV, “motivation letter”, təlimləriniz və ya keçmək istədiyiniz mövzuları [email protected]/* */ ünvanına göndərin.
“IB Club” gənclərin inkişafı üçün fəaliyyət göstərən və Azərbaycan bir ilk dəfə bir çox layihənin əsasını qoyan və yeniliklərini yorulmadan davam etdirən gənclər klubudur. Kluba üzv olmaqla müxtəlif üstünlüklər (seminarlar, treninqlər, kitabxana, əyləncələr, praktika və s.) qazanılır.
Ünvan: Cəfər Cabbarlı 44,Caspian plasa,1-ci korpus,9-cu mərtəbə.
050 620 10 48
012 480 26 81