"İNTER" oynadı "MİKA" baxdı 4:0 (YENİLƏNİR)

"İNTER" oynadı "MİKA" baxdı 4:0 (YENİLƏNİR)
İDMAN
11:40 19.01.2011
2702

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ”Birlik Kuboku” turnirində bu gün 4/1 final görüşləri baş tutacaq.

Azərbaycan çempionu “İnter” bu mərhələdə Ermənistan təmsilçisi “Mika” ilə görüşəcək. Artıq AFFA Sankt-Peterburqda yaşayan həmyerlilərimizi stadiona cəlb edərək “İnter”ə azarkeşlik etmək üçün müəyyən tədbirlər görüb.

AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlunun “1news.az”a verdiyi məlumata görə, Futbol Qurumu Azərbaycanın Sankt-Pedterburqdakı Baş Konsulluğuna müraciət edib. Bundan başqa AFFA-nın baş katibi Elxan Məmmədov da “İnter” – “Mika” qarşılaşmasını izləmək üçün Rusiyaya yola düşüb. Ermənistan tərəfi də bu günkü qarşılaşmada “Mika”ya azarkeş dəstəyi qazandırmaq üçün tədbirlər görməyə başlayıb. 

Rusiyadakı erməni icmasının Sankt-Peterburq şöbəsindən “armsport.am” saytına verilən məlumata görə, icma “İnter” – “Mika” oyunu ilə bağlı Sank-Peterburq şəhərində yaşayan erməniləri məlumatdırmağı planlaşdırırır. Erməni icması Rusiyanın şimal paytaxtında yaşayan 80 min erməninin “İnter” – “Mika” oyununda erməni klubuna azarkeşlik etməsi üçün addımlar atır.

Xatırladaq ki, “Birlik Kuboku” turnirində Azərbaycan və Ermənistan təmsilçiləri artıq bir dəfə üz-üzə gəliblər. 2005-ci ildə “Neftçi” Ermənistanın “Pünik” klubunu 2:0 hesabı ilə məğlub etmişdi. 2006-cı ildə isə “Pünik” yarımfinal mərhələsində “Neftçi” ilə mübarizə aparmaq hüququ qazansa da qarşılaşmaya çıxmaqdan imtina etmişdi.

OXŞAR XƏBƏRLƏR