İnterpol: "Bu günlərdə hər an terror aktı ola bilər"

İnterpol: "Bu günlərdə hər an terror aktı ola bilər"
Bütün Xəbərlər
10:17 02.05.2011
1709

İnterpolun baş katibi Ronald Noubl təşkilata üzv ölkələri Üsamə ben Ladenin öldürülməsindən sonra mümkün terror aktları ilə bağlı sayıqlığı artırmağa çağırıb. Onun sözlərinə görə, “Əl-Qaidə” liderinin ölümü mümkün terror aktları ehtimalını artırıb və quruma üzv ölkələrin hüquq-mühafizə orqanları daha ayıq-sayıq olmalıdır. Qeyd edilib ki, xüsusən bu günlərdə hər an terror aktı ola bilər.

Xatırladaq ki, Üsamə bin Laden Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində öldürülməsi xəbərini ABŞ prezidenti Barak Obama təsdiqləyib.

 

OXŞAR XƏBƏRLƏR