"İrəli" "Əli Kərimli aksiyası" haqda mətbuatdan xəbər tutub (EKSKLÜZİV)

GƏNCLİK
14:07 04.04.2011
2393

Cəmiyyətdə aksiyanın təşkilatçılarının kimliyi haqqında müxtəlif şaiyələr gəzir. 

Sosial şəbəkələrdə təşkilatçılar kimi YAP Gənclər Birliyi, "İrəli" İctimai Birliyi və ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ehtimal edilir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova mövzuyla bağlı bəyanat yayıb. Bəyanatda AGAT sədrinin və təşkilatın bu aksiya ilə heç bir əlaqəsi olmadığı bildirilib”.

Sosial şəbəkələrdə “İrəli” İctimai Birliyinin də bu aksiyanın təşkilatçısı olduğu ehtimallardan biridir. 

AZXEBER.COM portalı mövzunu dəqiqləşdirmək məqsədilə Birliyin mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadə ilə əlaqə saxlayıb. Aynur xanım deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib. O, qeyd edib ki, aksiyanın keçirildiyi 31 mart günü "İrəli" Gənclik Mərkəzində azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib və orada www.genocide.az saytının, www.31march.wordpress.com bloqunun təqdimat mərasimi keçirilib. Bundan başqa həmin gün "İrəli" Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “e-mail hücum” aksiyası da həyata keçirib. Aksiya zamanı 10 mindən çox e-mail ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatlar göndərilib. Həsənzadə həmçinin vurğulayıb ki, Əli Kərimlinin evinin qarşısındakı aksiyadan mətbuat vasitəsilə xəbər tutub və təmsil etdiyi təşkilatın aksiya ilə heç bir əlaqəsi olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR